Qadının sürdüyü AVTOMOBİL YÜK MAŞINININ ALTINA GİRİB

Ağsuda qadının idarə etdiyi minik maşını yük avtomobilinin altında girib. Ağsu rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Ağsu-Kürdəmir yolunun 27-ci kilometrliyində, Ərəbmehdibəy kəndi ərazisində qeydə alınıb. Ərəbmehdibəy kənd orta məktəbinin biologiya müəlliməsi 1962-ci il təvəllüdlü Salmanova Təranə Nəriman qızının idarə etdiyi “VAZ 2107” markalı minik maşını arxa tərəfdən sürətlə gələn Kürdəmirin Sığırlı kənd sakini 1951-ci il təvəlüdlü İmamverdiyev Novruz İmamverdi oğlunun idarə etdiyi “HOVA” markalı yük maşının ilə toqquşub. Minik maşınının sürücüsü və 4 sərnişini bir saata yaxın vaxt ərzində avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə gələn FHN-ninXüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları maşını kəsərək yaralıları çıxarıblar.

 

Hadisə nəticəsində Nurili Nihal Mustafa qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Məlumata görə, hadisə zamanı minik avtomobilində sıxılıb qalan 5 nəfər Ərəbmehdibəy kənd orta məktəbinin müəllim və şagirdləridir. Xilas edilən digər şagirdlər- İsrafilova Aynaz Elxan qızı, Abdullayev Fariz Eynulla oğlu və Məmmədov Nurlan Xanverdi oğlu xəsarət almayıb. Məlumata görə, bilogiya müəlliməsi Təranə Salmanova öz maşını ilə şagirdəri Ərəbmehdibəy kənd məktəbindən evə apararkən yolda hadisə baş verib. Təranə Salmanova APA TV-yə bildirib ki, yaşadıqları Mustafalı kənd orta məktəbi şagird azlığı səbəbindən bağlanıb. Ona görə də həmin kəndin şagirdləri oxumaq üçün hər gün Ərəbmehdibəy kənd məktəbinə gedirlər.

 

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdrma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov