ABŞ: Donald Trampla Kim Çen In arasında görüş aktuallığını itirməyib
ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüş baş tuta bilər.
APA TV-nin RT-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib.
“Sammitlə bağlı müsbət məlumatlar var. Görüş hələ də baş tuta bilər. Diplomatlar hələ də sammitin keçirilməsi üçün səy göstərir. Bu, yaxşı xəbərdir”, - deyə C.Mettis vurğulayıb.
Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Koreya KXDR lideri Kim Çen In ilə görüşdən imtina etdiyini bəyan edib. Görüşün iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılırdı.