İraq kommunistlərinin binası qarşısında partlayış - YARALILAR VAR

İraqın paytaxtı Bağdadda partlayış baş verib. APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, insident İraq Kommunist partiyasının mənzil-qərargahının qarşısında qeydə alınıb.

İlkin məlumata əsasən, partlayış nəticəsində 3 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, İraq Kommunist partiyası ölkədə keçirilən parlament seçkilərində qalib gələn “Sayrun” blokunda təmsil olunub.

Müəllif | Apa.Tv
Apa.tv