Dağıstanın BAŞ NAZİRİNİN MÜAVİNİ QƏZADA ÖLDÜ
Dağıstanın baş nazirinin müavini Hacı Maxaçev Moskvanın Kutuzov prospektində baş vermiş ağır yol qəzasında ölüb.
APA-nın “RİA Novosti”yə istinadən yaydığı xəbərə görə, qəza nəticəsində daha 2 nəfər ölüb. Hadisə nəticəsində Hacı Maxaçevin həyat yoldaşı və 3 uşağı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Moskva polisi qəzada Dağıstanın baş nazirinin müavinin öldüyünü təsdiqləyib.
“Hacı Maxaçevin yoldaşı və 3 uşağı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, ölən digər iki şəxs isə Chevrolet markalı mikroavtobusda olub. Chevrolet qəzadan sonra tamamilə yanıb”, deyə polisdən agentliyə bildirilib.