DSX hərbi hissələrində Cümhuriyyətin yubileyi ilə bağlı tədbirlər keçirilir

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçirilir.

 

Keçirilən tədbirlərdə Azərbaycanın şanlı səhifələrindən olan və müasir dövlətçilik tariximizdə önəmli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin  yaranması haqqında ətraflı məlumatlar verilmiş və bu əlamətdar hadisənin təkcə Azərbaycan üçün deyil, bütün Şərq dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

 

Tədbirlərdə Xalq Cümhuriyyətinin varisi olan müasir, müstəqil Azər­baycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünya dövlətləri arasında layiqli yer tutmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri böyük minnətdarlıq hissi ilə qeyd edilib.

 

Tədbirlərin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileynə həsr edilmiş sənədli filmlər nümayiş olunub.

Müəllif | Apa.Tv
Ayşən Əhməd