Tramp qərarını dəyişdi: "Kim Çen Inla görüşəcəyəm"

ABŞ və Şimali Koreya liderlərinin görüşü baş tuta bilər. Bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə açıqlama verib.

Tramp bildirib ki, Şimali Koreya ilə danışıqlarda müsbət nəticələr əldə edilib, bu səbəbdən Kim Çen Inla görüşün mümkünlüyünə inanır:

 "Nələrin baş verəcəyini zamanla görəcəyik. Danışıqlar davam edir. Bizə verdiyi cavablar qəbul ediləndir. Görüş 12 iyunda baş tuta bilər. Həm biz, həm də onlar görüşün keçirilməsini istəyirik."

Qeyd edək ki, Donald Tramp bundan öncə Şimali Koreya liderinə göndərdiyi məktubda "Təəssüflər olsun ki, sizin son açıqlamalarınızda təhdid xarakterli sözlərinizə və açıq düşmənçiliyə çağırışlar səbəbi ilə görüşün bu tarixdə keçirilməsi uyğun deyil" ifadəsini işlədərək görüşdən imtina etmişdi.

Müəllif | Apa.Tv
Apa.tv