Havalar dəyişir: Bakıda yağış, bölgələrdə leysan yağacaq

Mayın 27-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam  mülayimləşəcək.

 

Havanın temperaturu gecə 14-17, gündüz 19-23, Bakıda  gecə  14-16, gündüz  19-21 isti olacağı gözlənilir.


Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Dəniz suyunun temperaturu 16-17 dərəcə isti təşkil edəcək.

 

Cənub çimərliklərində - Türkan,  Hövsan, Sahil, Şıx  güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Dəniz suyunun temperaturu  17-18 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli  olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 13-18, gündüz  23-27, dağlarda gecə 8-13,  gündüz  13-18 dərəcə isti təşkil edəcək.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd