Türkiyə və ABŞ Menbiç məsələsini razılaşdırdı

Ankara ilə Vaşinqton arasında PYD/YPG terrorçularının nəzarətində olan Menbiç qəsəbəsi ilə bağlı razılaşma əldə olunub. APA TV-nin məlumatına görə, bu barədə Türkiyə-ABŞ İşçi Qrupunun ikinci toplantısına dair məlumatda qeyd olunur.

 

Toplantı başa çatdıqdan sonra yayımlanan birgə açıqlamada bildirilir ki, Türkiyə və ABŞ Menbiçdə təhlükəsizliyin təmin edilməsinə dair daha geniş miqyaslı əməkdaşlıq edəcəklər və bu birgə fəaliyyətin yol xəritəsinin ilkin detalları artıq razılaşdırılıb.

 

Yol xəritəsində konkret hansı detalların yer aldığı açıqlanmır.

 

Xatırladaq ki, Suriyanın şimalında yerləşən Menbiç qəsəbəsi PKK-nın Suriya qanadı olan YPG-nin nəzarətindədir. Oradakı terrorçulara ABŞ açıq siyasi və hərbi dəstək verir. Ankaranın Afrin əməliyyatından sonra Menbiçdə əməliyyat keçirəcəyi barədə bəyanatları ABŞ-Türkiyə münasibətlərini gərginləşdirib. Yol xəritəsinin müəyyənləşməsi bu gərginliyi aradan qaldıra bilər.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı