Marseldə "Kalaşnikov"la iki nəfər güllələndi - BİR HƏFTƏDƏ İKİNCİ HADİSƏ

Fransanın Marsel şəhərində silahlı insident qeydə alınıb.

APA TV-nin "La Provence" nəşrinə istinadən məlumatına görə, naməlum şəxslər "Kalaşnikov" avtomatlarından atəş açaraq küçədə iki nəfəri qətlə yetirib.

Yerli polis insidentin kriminal qruplar arasında hesablaşma olduğunu istisna etmir.

Bununla belə hadisənin terror aktı olması ehtimalı da böyükdür.

Araşdırmalar başlayıb.

Xatırladaq ki, bu, Marseldə bir həftə ərzində ölümlə nəticələnən ikinci analoji hadisədir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova