İdarəetməni itirdi, maşını ağaca çırpdı - YOL QƏZASI

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Təzəkən kəndində baş verib. Keçili kənd sakini Yelmar Nəsibli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan ağaca çırpılıb. Sürücü hadisə yerində ölüb. Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli