Kiyev metrosu bağlandı: bomba həyəcanı - FİNAL ÖNCƏSİ
Ukrayna paytaxtında terror həyəcanı yaşanır. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu səbəbdən Kiyev metrosunun 5 stansiyası bağlanıb.
Kiyev Metropoliteninin "Twitter" səhifəsində bu barədə məlumat yerləşdirilib.
"Dnepr", "Hidropark", "Levoberejnaya", "Arsenalnaya" və "Geroyi Dnepra" stansiyalarından sərnişinlər təxliyə edilib.
Kiyev Metropoliteninin "Twitter" səhifəsində bu barədə məlumat yerləşdirilib.
"Dnepr", "Hidropark", "Levoberejnaya", "Arsenalnaya" və "Geroyi Dnepra" stansiyalarından sərnişinlər təxliyə edilib.
Xatırladaq ki, bu gün axşam Kiyevdə futbol üzrə Avropa Çempionlar Liqasının final görüşü keçiriləcək. Həlledici matçda İspaniya təmsilçisi "Real Madrid" və İngiltərənin "Liverpul" klubları qarşılaşacaq.