Prezident İlham Əliyev Cümhuriyyətin şərəfinə ucaldılmış abidəni ziyarət edib
Azərbaycan prezidenti İlham Əliyev milli bayram - Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni ziyarət edib.
APA TV-nin xəbərinə görə, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.