Çin ABŞ-a ultimatum verdi: "Əks halda..."

"ABŞ Cənubi Çin dənizindəki provokativ addımlarına son qoymalı, hərbi gəmilərini regiondan çıxarmalıdır".

 

APA TV-nin məlumatına görə, bu açıqlamanı Çinin Müdafiə və Xarici İşlər nazirlikləri yayıb.

 

Birgə bəyanatda bildirilir ki, rəsmi Vaşinqton bu çağırışa əməl etməsə, Çin də bölgəyə hərbi gəmilər göndərəcək: "ABŞ beynəlxalq hüquqa zidd olan addımlardan çəkinməlidir. Əks halda, biz ölkəmizin müdafiəsi üçün bütün zəruri addımları atacağıq". sitatın sonu.

 

Sənəddə o da bildirilib ki, hazırda ordu dəniz və hava hücumlarının qarşısını almaq üçün hərbi manevrlərə başlayıb.

 

Qeyd edək ki, uzun illərdir Çinlə yanaşı, Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan Cənubi Çin dənizinə qarşı ərazi iddiaları irəli sürür.

Müəllif | Apa.Tv
Apa.tv