Aİ Suriyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı Suriya hökumətinə qarşı sanksiyaların müddətini uzadıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, qərarda məhdudiyyətlərin 2019-cu ilin 1 iyun tarixinədək davam edəcəyi göstərilib.

 

Bundan əlavə, qurum sanksiyalar siyahısından ölmüş şəxslərin adını çıxarıb. Hazırda sözügedən siyahıda 259 şəxs və Suriyaya aid 67 təşkilatın adı var.

 

Qeyd edək ki, Avropa İttifaqı rəsmi Dəməşqi vətəndaşlara qarşı repressiv addımlarda ittiham edərək neft ixracı, investisiya və aktivlərə qarşı embarqo tətbiq edib.

Müəllif | Apa.Tv
Apa.tv