Böyük Qafqazda zirvələrdən birinə "Cümhuriyyətin 100 illik zirvəsi” adı verilib
Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub.
APA TV-nin məlumatına görə, Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında yerləşən zirvəyə "Cümhuriyyətin 100 illik zirvəsi” adı verilib.
Zirvədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş məlumat lövhəsi bərkidilib.
Qeyd edək ki, layihə prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb.