“Nardaran qalası”nda silah-sursat gizlədən şəxs tutuldu
Bakıda keçmiş məhkumdan odlu silah-sursat aşkar edilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Yasamal rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Qurbanovda odlu silah olması, həmin silahı “Nardaran qalası”nda gizlətməsi barədə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakı ilə qeyd edilən yerə baxış keçirilən zaman oradan 1 ədəd “Makarov” markalı tapança və içərisində 7 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin silah-sursatın ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı araşdırma aparılır.