Knesset "erməni soyqırımı"nı müzakirə etməyəcək

İsrail parlamentinin spikeri Yuliy Edelşteyn qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar qərar layihəsini gündəlikdən çıxarıb.

APA TV-nin məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti spikerin mətbuat katibinə istinadən yazıb.

Məlumata əsasən, sənəd Knessetdə qeyri-münasib vəziyyət yaranması məqsədilə gündəlikdən çıxarılıb. “Çünki  qərarın əksəriyyət tərəfindən dəstəklənəcəyi aydın deyildi”, - İsrail spikerinin mətbuat katibi belə deyib.

Qeyd edək ki, İsrail parlamentində Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar plenar iclas keçirilməli idi. Müvafiq təkliflə solçu “Merets” partiyasının lideri Tamar Zandberq çıxış etmişdi.

Müəllif | Apa.Tv
Apa.tv