Lənkəranda velosipedçini maşın vurdu - AYAQLARI SINDI

Lənkəranda velosipedçini avtomobil vurub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Şirəli Bayramov küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan şəhər sakini, 16 yaşlı Cəfərzadə Cahid Cabir oğlu velosipedlə hərəkətdə olarkən yolun digər hissəsinə keçməyə çalışıb. Ancaq ehtiyatsız davranan yeniyetmə ondan bir qədər arxada gələn "Daewoo" markalı avtomobilin yoluna çıxıb və qəza qaçılmaz olub.

Nəticədə avtomobilin vuraraq xəsarət yetirdiyi C.Cəfərzadə təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Travmatologiya şöbəsinə yerləşdirilən yaralıya hər iki ayağının sınığı diaqnozu qoyulub. Onun müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv