Ermənilər zəmidə işləyən kombaynı atəşə tutdu - TEXNİKA DƏLİK-DEŞİK OLDU

Ermənistan silahlı qüvvələri bölmələri bu gün səhər saatlarında Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı atıcı silahlardan atəşə tutub.

 

APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, xəsarət alan yoxdur.

Kənd təsərrüfatı texnikasına ziyan dəyib.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı