Rusiya İsraillə anlaşdı - İRANA ARXADAN ZƏRBƏ
İsrail və Rusiya Suriya ilə bağlı məsələdə razılaşıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə İsrailin "Kanal 10" televiziyası xəbər yayıb.
Hər iki ölkə Suriyanın cənubunda İsraillə olan sərhəd bölgələrin Bəşər Əsəd qüvvələrinin tabeliyinə keçməsi barədə razılığa gəlib. Həmçinin razılaşmaya əsasən, bu ərazidə İran və ya "Hizbullah"a aid heç bir qüvvə yerləşdirilməyəcək və yəhudilərin Suriyada azad hərəkəti təmin ediləcək.
Hələlik heç bir rəsmi açıqlama olmasa da, Suriya mətbuatı da sözügedən razılaşmanın əldə edildiyi barədə məlumat yayıb.
Qeyd edək ki, İsrailin müdafiə naziri Aviqdor Libermanın çərşənbə günü Rusiyaya gedəcəyi və həmkarı Sergey Şoyqu ilə İranın Suriyadakı varlığını müzakirə edəcəyi gözlənilir.