Belçikada 2 polis və 1 mülki şəxs öldürülüb - TERROR, YOXSA...?

Belçikanın Lyej şəhərində silahlı hücum olub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hücum zamanı iki polis, bir mülki vətəndaş öldürülüb.

Liseydə işləyən vəzifəli qadını girov götürən cinayətkar polis tərəfindən zərərsizləşdirilib. Girov götürülən şəxs müayinə olunur.

 

Əraziyə çox sayda ambulans cəlb olunub, geniş təhlükəsizlik tədbirləri görülüb. Belçikanın daxili işlər naziri Jan Jambon "Twitter" paylaşımında anti-terror böhran mərkəzi vəziyyəti nəzarətdə saxladığını yazıb.
 

"Belga" xəbər agentliyi hadisə zamanı daha iki polisin yaralandığını bildirib.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı