Roman Abramoviç İsrail vətəndaşı oldu
Roman Abramoviç İsrail vətəndaşlığını qəbul edib.
APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, bu barədə İsrail mətbuatı yazıb.
"Çelsi" futbol klubunun sahibi, rusiyalı milyarder Roman Abramoviç Böyük Britaniya vizasının uzadılması məsələsinin rədd edilməsindən sonra Təl-Əvivə səfər edib və burada bir neçə mülk alıb.
Yəhudi əsilli milyarder Roman Abramoviçin təyyarəsi Təl-Əvivə eniş edərkən ona İsrail vətəndaşına məxsus sənədlər təqdim edilib və yerli sakin kimi ölkəyə daxil olub.
İsrail Miqrasiya İdarəsi və Roman Abramoviç məsələ ilə bağlı açıqlama verməkdən imtina ediblər.
Qeyd edək ki, Roman Abramoviçin keçən ay İngiltərə vizası bitmiş və Birləşmiş Krallıq milyarderin vizasının uzadılmasını təxirə salmışdır. İsrail vətəndaşlığını aldıqdan sonra isə R.Abramoviç İngiltərəyə qısamüddətli vizasız səfər edə biləcək.