Xaçmaz sakininin həyətindən qəbir daşları tapıldı
Xaçmazın Hülövlü kənd sakini İmaməli Bəşirovun həyətyanı sahəsindən qəbir daşları tapılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, İmaməli Bəşirovun həyətyanı sahəsində qazıntı işləri aparılan zaman üzə çıxan qəbir daşları barədə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verilib.
Bundan sonra ərazidə qazıntı işləri dayandırılıb: "Bunların burda olmağını bilirdim. Bura getdikcə çökdü və gölməçə əmələ gəldi. Sonradan gətirib traktorla qazdıranda bunlar çıxdı. Onların üzərində yumru şey var idi, yuyanda təmiz görünürdü. Deyirdilər ki, alban dövrünün gerbidir, ya da bayrağıdır. Bunu tərcümə etməyə adam tapmadıq".
Qeyd edək ki, bu kimi qəbir daşları şimal bölgəsi üçün xarakterikdir. Hadisə ilə bağlı alimlər tərəfindən araşdırma aparılır.