Prezident “Microsoft” şirkətinin vitse-prezidentini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev mayın 29-da “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə vitse-prezidenti Filip Roqu qəbul edib.
APA TV xəbər verir ki, görüşdə Azərbaycanla “Microsoft” şirkəti arasında səmərəli əməkdaşlığın aparıldığı bildirilib, bu təşkilatın Azərbaycanda həyata keçirdiyi bir sıra layihələrin önəmi qeyd olunub.
Filip Roq təmsil etdiyi şirkətin fəaliyyəti ilə bağlı məlumat verib.
Dövlət başçısı Azərbaycanda İKT sahəsinin qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, ölkəmizdə bununla bağlı görülən işlərdən danışıb.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.