Həftəsonu Azərbaycanda MÜLAYİM HAVA ŞƏRAİTİ hökm sürəcək

Yaxın iki gündə ölkə ərazisində əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim cənub küləyi əsəcək. ETSN-nin Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun qrup rəhbəri Fərqanə Həsənova APA TV-yə deyib ki, havanın temperaturu Bakıda və Abşeron yarmadasında 6-10, Mərkəzi Aran rayonlarında 5-10,  dağlarda 2-7 dərəcə isti təşkil eəcək.

 

Yaxin iki gün ərzində metroloji amillərin zəif və mülayim tərəddüdü metehəssas insanlar üçün əlverişli olacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova