Tehranda təyyarə qəzaya uğrayıb - ÖLƏNLƏR VAR

Tehranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. APA TV-nin Tehran bürosunun məlumatına görə, qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Tehran Təcili Tibbi Yardım idarəsinin məlumatına görə, hadisə İmam Xomeyni adına hava limanının yaxınlığındakı Vəhnabad bölgəsində baş verib.

Xilasedicilər hadisə yerində əməliyyatı davam etdirir.

Müəllif | Apa.Tv
Apa.tv