Türkiyədə PKK-çılar bir yük maşınını yandırıb, sürücüsünü qaçırdılar

Türkiyənin Diyarbəkir vilayətində PKK-çı terrorçular mülki şəxsə hücum edib. APA TV-nin "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, Topçular kəndindəki polis məntəqəsinə ərzaq və ehtiyac ləvazimatları apardığı deyilən bir yük maşını PKK silahlıları tərəfindən dayandırılıb.

Bundan sonra terrorçular sürücünü avtomaşından düşürdüb və onu naməlum istiqamətdə aparıblar. Yük maşını isə yandırılıb. Yanğın barədə məlumat daxil olandan sonra əraziyə yanğından mühafizə xidməti gəlib. Ancaq terrorçular onları atəşə tutub və yanmaqda olan yük maşınına yaxın buraxmayıblar.

Avtomaşın tamamilə yandıqdan sonra silahlı şəxslər oradan uzaqlaşıb. Qaçan şəxslərin PKK-çılar olduğu bildirilir. Hazırda onların ələ keçirilməsi və qaçırılmış sürücünün xilas edilməsi üçün bölgədə xüsusi əməliyyatlara başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv