Leysan yağdı, kanalizasiyalar daşdı, yollar gölməçəyə çevrildi - TOVUZDA
Tovuz rayonuna yağan güclü leysan fəsadlara səbəb olub. APA TV-nin qərb bürosunun xəbərinə görə, rayon mərkəzinə və kəndlərə düşən güclü yağış avtomobil yollarında və səkilərdə hərəkəti çətinləşdirib.
Xüsusilə rayon mərkəzindəki küçələr daha da keçilməz olub. Kanalizasiya xətləri yağış suları ilə dolub, gediş-gəliş üçün nəzərdə tutulan yollar yağış sularının altında qalıb. Bölgənin digər rayonları-Qazax və Ağstafada da güclü yağış oxşar vəziyyət yaradıb.
Leysan təxminən yarım saat davam edib.