Neftin taleyi qeyri-müəyyəndir, diqqət Vyana sammitinə köklənib

Dünya birjalarında neft bahalaşıb.

 

APA TV-nin məlumatına görə, "Brent" neftinin 1 barelinin qiyməti artaraq 75,21 dollar təşkil edib. WTI markasının qiyməti sabit qalıb - 66 dollar 83 sent.

Mütəxəssislər neftin yenidən ucuzlaşacağı - məsələn, Qərbi Texas neftinin 66 dollar 40 sent səviyyəsində sabitləşəcəyi qənaətindədir.

Bu ehtimal OPEC-in hasilatın məhdudlaşdırılması sazişinə düzəliş edəcəyi ilə bağlıdır. Belə ki, hazırda qurum İran və Venesuelanın idxalın azalmasından üzləşdikləri zərəri kompensasiya etmək üçün hasilat səviyyəsini yenidən artırmağı nəzərdən keçirir.

 

İndi iri hasilatçıların nəzəri iyunun 22-də keçiriləcək Vyana sammitinə köklənib. Hasilat həcmi ilə bağlı yekun qərar həmin görüşdə veriləcək və "qara qızıl"ın sonrakı taleyinə də məhz burada aydınlıq gətiriləcək.

 

Əgər ölkələr razılığa gələ bilməsə qiymətlərin qeyri-müəyyən dinamikası davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv