Xodorkovski ƏFV EDİLDİ

Rusiya prezidenti Vladimir Putin “YUKOS” şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskinin əfv olunması haqqında sərəncam imzalayıb.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Sərəncama əsasən, 1963-cü il təvəllüdlü Moskva şəhər sakini Mixail Xodorkovski humanizm prinsiplərinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilib. Sərəncam imzalandığı gün qüvvəyə minib.

 

Mixail Xodorkovski 1997-2004-cü illərdə "YUKOS" neft şirkətinin əsas sahibi və rəhbəri olub. 2003-cü ildə həbs olunub. Həbs olunduğu zaman dünyanın ən zəngin insanlarından biri idi. 2005-ci ildə məhkəmə onun barəsində hökm çıxararaq dələduzluq və başqa cinayətlərin törədilməsində təqsirli bilmişdir. "YUKOS" şirkəti müflis elan edilib.

“YUKOS”un sabiq rəhbəri 2014-cü ilin avqustunda azadlığa çıxmalı idi.

Müəllif | Apa.Tv
Apa.tv