HƏMAS İsraillə anlaşdı - FƏLƏSTİN RAZILAŞMAYA ƏMƏL EDƏCƏK

"İsrail ilə 2014-cü ildə əldə olunan atəşkəsə əməl olunması istiqamətində razılığa gəlmişik".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə HƏMAS rəsmi açıqlama yayıb.

 

Bildirilib ki, atəşkəs anlaşması xüsusi elçilərin vasitəsilə aparılan danışıqlar zamanı əldə edilib, bundan əlavə Fələstin tərəfinin bu rejimə əməl edəcəyinə dair təminat verilib.

İsrail tərəfi məsələ ilə bağlı şərh verməyib.

 

Qeyd edək ki, son iki gündə İsrailin Qəzza sektorundakı bəzi hədəfləri bombalaması nəticəsində 4 fələstinli həlak olub.

Müəllif | Apa.Tv
Fərid Rəsulov