Bakıda narkotik alverçisi tutuldu

Paytaxtda narkotik alverçisi yaxalanıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan Maştağa qəsəbə sakini Anar Əliyev saxlanılıb.

 

Polis bölməsinə daxil olmuş məlumat əsasında onun Sabunçu rayonu Ləhic bağları ərazisində yerləşən bağ evinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman gizli olaraq əkib-becərdiyi 43 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Leyla Behbudlu