Hindistanla Pakistan atəşkəs bağladı - KƏŞMİRDƏ SÜKUNƏT
Hindistan və Pakistan mübahisəli Kəşmir ərazisində davamlı atəşkəsin təmin edilməsi üçün razılığa gəlib.
APA TV-nin məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Məsələ hər iki tərəfin hərbi rəhbərliyi arasında telefon danışığı zamanı müzakirə edilib.
"Hər iki tərəf 2003-ci il razılaşmasına uyğun olaraq atəşkəsə tam riayət etməyə, atəşkəs rejiminin pozulmamasını təmin etmək üçün səy göstərməyə dair razılığa gəlib" - deyə, məlumatda bildirilir.