Qazaxıstan Rusiya benzininə qadağa qoyur

Qazaxıstan elektron hökumət portalında energetika naziri Kanat Bozumbayevin dəmiryolu nəqliyyatı vasitəsilə Rusiyadan ölkəyə benzinin idxalına qadağa qoyulması haqqında əmr dərc edilib.  


APA TV-nin "Sputnik Qazaxıstan"a istinadən verdiyi məlumata görə, qərar iyunun 6-dək ictimai müzakirəyə çıxarılıb.    

 

Qadağanın 3 ay müddətinə tətbiq edilməsi təklif olunur.

 

Əmr rəsmi dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək.


Kanat Bozumbayev apreldə Qazaxıstanda yanacağın bolluğu səbəbindən benzinin ucuzlaşa biləcəyi barədə açıqlama vermişdi.

Müəllif | Apa.Tv
Apa.tv