Lənkəranda övladını məktəbdən gətirməyə gedən qadını maşın vurdu
Lənkəranda övladını məktəbdən gətirməyə gedən qadını avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb, avtomobil isə aşaraq yararsız hala düşüb.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə M.F.Axundov küçəsində qeydə alınıb.
Rayon sakini, 28 yaşlı Aqil Hüseynov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə ötmə əməliyyatını yerinə yetirməyə çalışarkən qarşı yolda idarəetməni itirib. Sürücü maşını əvvəlcə maneəyə vurub. Sonra isə piyada, 37 yaşlı Esmira Əliyevanı vuraraq avtomobili aşırıb.
Müxtəlif dərəcəli bədən xəsarət alan qadın ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.