Azərbaycanda yollar buz bağladı, iki qəza baş verdi

Yolların buz bağlaması avtomobil qəzalarının artmasına səbəb olub. Dekabrın 20-si səhər saatlarında Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Qazax yolunun 115-ci kilometrliyindəiki qəza qeydə alınıb. 

 

Bakı sakini İsmayılov Şərbala Zakir oğluna məxsus “Mercedes” markalı avtomobil sürüşərək dəmir sədlərə çırpılıb.

 

Həmin hadisədən bir qədər sonra isə Şirvan sakini Əliyev Həşim Ələsgər oğlunun idarə etdiyi “Cerry” markalı avtomobillə idarəetməni itirirək, yolun kənarındakı sədlərə dəyib.

 

APA TV-nin xəbərinə görə, hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı