122 motosiklet qaçaqmal olduğu üçün məhv edildi - EKSKAVATORLA
Filippində qaçaq yolla ölkəyə gətirilən 122 motosiklet və motoroller məhv edilib. APA TV xəbər verir ki, məhv edilən nəqliyyat vasitələrinin ümumi qiyməti 34 milyon 710 min Filippin pesosu (təxminən 660 min dollar) civarındadır.
Jurnalistlərin də iştirak etdiyi bu tədbirdə motosikletlərin ardınca iki avtomobil də ekskavatorla əzilib. Aksiya prezident Duterte tərəfindən korrupsiyanın aradan qaldırılması üçün elan edilmiş kampaniya çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, fevralda da keçirilmiş belə bir tədbir zamanı 61 milyon peso (təxminən 1160000 dollar) dəyərində avtomobil məhv edilmişdi.