Qatarda bir nəfəri yaralayan bıçaqlı şəxs öldürüldü - ALMANİYADA
Almaniyada sərnişin qatarında insident yaşanıb. Köln şəhərindən ölkənin şimalına gedən qatarda polis sərnişinlərindən birini bıçaqla yaralamış şəxsi zərərsizləşdirib.
APA TV TASS-a istinadən xəbər verir ki, hücum haqqında məlumat qatar Flensburq şəhər vağzalına gələn zaman daxil olub. Hakimiyyət nümayəndələri vaqonda olan bir kişiyə yaxınlaşanda o, qanun keşikçilərindən birinə hücum edib. Bundan sonra digər polis şübhəli şəxsə atəş açıb.
Faktla bağlı araşdırma aparılır.