Lavrov Şimali Koreyaya, Kim Çen Inın "sağ əli" isə ABŞ-a getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində S.Lavrov KXDR-li həmkarı Li Yon Ho ilə görüşəcək.

Tərəflər qarşılıqlı münasibətlər, Koreya yarımadası ətrafındakı vəziyyəti və digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

 

Bu arada Nyu-Yorkda ABŞ dövlət katibi Mayk Pompeo və KXDR Əmək Partiyasının sədr müavini Kim Yon Çxol arasında görüş keçirilib. Söhbət zamanı ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında planlaşdırılmış görüşün detalları müzakirə edilib.

 

Kim Çen Inın "sağ əli" hesab edilən Kim Yon Çxol 2000-ci ildən etibarən ABŞ-a səfər edən ən yüksək rütbəli Pxenyan rəsmisidir.

 

Xatırladaq ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüş keçiriləcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı