Kim Kardaşyan: "Mən gözəl bir axşama görə Donald Trampa təşəkkür edirəm"
ABŞ prezidenti Donald Tramp Ağ Evdə porno-ulduz və aktrisa Kim Kardaşyanla görüşüb.
APA TV-nin ABŞ mətbuatına istinadən məlumatınA görə, söhbət zamanı 1996-cı ildə qeyri-leqal narkotik dövriyyəsinə görə ömürlük həbs olunan 62 yaşlı Alis Mari Consonun azadlığa buraxılması məsələləri müzakirə olunub.
Görüşdən sonra erməni əsilli porno-aktrisa "Twitter" səhifəsində ABŞ prezidentinə təşəkkür edib: "Mən prezident Trampa bu gözəl axşam üçün təşəkkür edirəm. Ümid edirəm ki, prezident qeyri-zorakı cinayətinə görə həbs olunaraq ömürlük cəzaya məhkum edilən Alis Mari Consonu əfv edəcək".
Qeyd edək ki, görüşün digər təfərrüatları açıqlanmır.