Əsəd: "PYD/YPG-nin nəzarətindəki bölgələrə hərbi müdaxilə edəcəyik"
Suriya prezidenti Bəşər Əsəd növbəti dəfə ABŞ-ın ölkəsindən çıxmalı olduğunu deyib.
APA TV-nin məlumatına görə, "Russia Today "ə müsahibə verən Bəşər Əsəd Suriyadakı vəziyyəti şərh edib.
ABŞ-ın Suriyadan çıxmasını tələb edən ölkə rəhbəri, beynəlxalq koalisiyanın dəstək verdiyi PYD/YPG barədə də danışıb.
O, dialoqun ilk seçim olduğunu deyib.
"Danışıqlar nəticə verməsə, o zaman PYD/YPG-nin nəzarətindəki bölgələri hərbi müdaxilə ilə ələ keçirəcəyik" - deyə, Bəşər Əsəd əlavə edib.