Səudiyyədə silahlı hücum - ÖLƏNLƏR VAR

Səudiyyə Ərəbistanında silahlı hücum olub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Ciddə və Məkkədən sonra ən böyük üçüncü şəhər sayılan Əl-Taifdə silah səsləri eşidilib.

Milli Təhlükəsizlik İdarəsinin binasının yaxınlığında eşidilən silah səsləri ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilmir.
 

Şahidlərin ifadəsinə görə, iki şəxs yol polisini öldürdükdən sonra xidməti maşını oğurlayaraq hərbi bazaya daxil olmağa cəhd edib. Milli Təhlükəsizlik İdarəsinin əməkdaşlarının açdığı atəş nəticəsində həmin şəxslərdən biri öldürülüb, digəri isə yaralı ələ keçirilib.
 

Xatırladaq ki, bu ilin aprelin 21-də paytaxt Ər-Riaydda kral sarayının yaxınlığında silahlı insident baş vermişdi. Bunun ardınca kral Salman bin Ədüləziz əl-Səud və vəliəhd Məhəmməd bin Salmanın paytaxt yaxınlığındakı ABŞ-a aid hərbi aviabazaya qaçırıldıqları açıqlanmışdı.

İran mətbuatı isə həmin hadisə zamanı Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın öldürüldüyünü iddia etmişdi.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı