“Maşın Şou”da ilk gün: meyxanaçı səhvinin qurbanı oldu

Dünəndən “Maşın Şou”nun 16-cı sürətində mübarizə başlayıb.

 

APA TV-nin məlumatına görə, xalq artisti Murad Dadaşovun təqdimatında yayımlanan şouda səsvermə kürsüsünə Roza Zərgərli çıxarılıb.

 

Roza Zərgərli hədəfinin aparıcı Firuzə Cəlilova (Fira) olduğunu bildirsə də, qarşı tərəf xanım müğənni üçün səs istəyib. Səsvermənin nəticələri isə Roza Zərgərlinin lehinə olub. O, şouda qalsa da, heç kimi uzaqlaşdırmayıb. Çünki təsadüfən əlini maşından çəkən Ələkbər Yasamallı, qaydalara əsasən, şounu tərk edib.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli