Vladimir Omelyan: "Moskvanı yandırmaq lazımdır"

"Bundan sonra Moskvanın dəyişməsi və ya tərbiyə olunması mümkünsüzdür. Barbar imperiyasının mərkəzi olan bu şəhəri yandırmaq lazımdır".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Ukraynanın infrastruktur naziri Vladimir Omelyan bəyan edib: "Barbarlığın əsas əlaməti hər şeyi darmadağın etməkdir. Buna baxmayaraq bəzi qərb siyasətçiləri Rusiya ilə əlaqələrini davam etdirir".

 

Xatırladaq ki, bir qədər əvvəl ukraynalı deputat İqor Mosiyçuk da Rusiyanı sərt tənqid edərək, rəsmi Moskvanı Krım körpüsünü partlatmaqla hədələyib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov