Bakıda tanınmış teleaparıcı qarət edildi
Bakıda teleaparıcının avtomobili qarət edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Yasamal rayonu ərazisində, A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Saleh Bağırova məxsus "KİA" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis oğurluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayevi saxlayıb. Onun üzərindən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, zərərçəkən S.Bağırov İctimai Televiziyanın (İTV) əməkdaşıdır.