Səudiyyənin qadın şahzadəsi "Vogue" üçün fotosessiya etdirib

Səudiyyə Ərəbistanı şahzadəsi dünyaca məşhur "Vogue" dərgisi üçün fotosessiya etdirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məluamtına görə, mərhum kral Abdullahın qızı şahzadə Hayfa Bint Abdullah əl-Səud "Vogue Arabia" dərgisinin yeni sayı üçün fotokamera qarşısına keçib.

 

Dərginin "İnstagram" hesabındakı üz qabığı üçün o, qırmızı "Cabriolet"də çəkilib.

 

Fotonun avtomobildə çəkilməsi təsadüfi deyil. Çünki iyun ayından etibarən Səudiyyə Ərəbistanı krallığında qadınların sürücülük hüququ tanınacaq.

Müəllif | Apa.Tv
Apa.tv