Paytaxtda yaşayış binası yandı - XƏSARƏT ALAN VAR

 Paytaxtdakı yaşayış binalarından birində yanğın baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə Sabunçu rayonu Yavər Əliyev küçəsində qeydə alınıb.

İlkin ehtimala görə, olay elektrik şitlərində yaranan qısaqapanmadan meydana gəlib.

 

Hadisə yerinə yanğınsöndürmə və təcili yardım briqadaları cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

 

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisənin yaratdığı isterik reaksiya ilə bağlı 4 sakinə yerində tibbi yardım göstərilib, tüstündən zəhərlənən bir nəfər isə xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov