Pinəçi iş yerində özünü asdı - ŞƏKİDƏ

Şəkidə intihar hadisəsi qeydə alınıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Axundov küçəsi 126 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən ayaqqabı sexində işləyən, 1994-cü il təvəllüdlü Orxan Elşən oğlu Məmmədov sexin tavanından özünü asıb. Onun asılmış meyiti iş yoldaşları tərəfindən aşkar edilib.

 

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova