Masallı sakinini anasının qəbri üstündə ildırım vurdu - BƏXTSİZ ÖLÜM
Masallıda 27 yaşlı oğlanı anasının qəbri üstündə ildırım vuraraq öldürüb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.
Rayonun Mollaoba kənd sakini, 27 yaşlı Həsənov Fərid Xəzər oğlu əmisi, Bakı şəhər sakini, 56 yaşlı Həsənov Elsəvər Aslan oğlu ilə birgə 4 gün əvvəl dünyasını dəyişən anasının məzarını ziyarət etməyə gedib. Qəbiristanlıqda ziyarət zamanı telefonla danışan Fərid Həsənovu ildırım vurub. Ətrafdakıların köməkliyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib.
Yüngül yanıq xəsarətləri alan E.Həsənov isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Qeyd edək ki, Fərid Həsənovun atası isə ötən il dünyasını dəyişib.