Gəncədə avtomobilin vurduğu gənc xəstəxanaya sağ çatmadı
Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib.
Hərəkətdə olan "Mitsubishi" markalı avtomobil yolu keçmək istəyən 20-24 yaşlarında olan Musa adlı gənci vurub. Ağır xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Sürücü saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.